Ucnoqta.az
www.ucnoqta.az

BŞİH mitinqə icazə vermədi

16:30 - 12 Fevral 2020 tarixində dərc olunub.

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları, D18 hərəkatı və digər müstəqil namizədlərin paytaxt ərazisində mitinq keçirməklə bağlı müraciətinə cavab verib.

 BŞİH-də müraciətə baxılıb və mitinqin keçirilməsinə razılıq verilməyib.

Qeyd edək ki, Müsavat, REAL partiyaları, D18 hərakat və digər müstəqil namizədlər fevralın 9-da Milli Məclisə keçirilən seçkidə baş verənlərlə bağlı metronun "28 May" stansiyasının qarşısındakı meydanda mitinq keçirmək barədə BŞİH-nə müraciət etmişdi./report

 

Müəllif: