Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda koronavirus şübhəsi olan şəxslərin test cavabları məlum oldu

13:13 - 11 Fevral 2020 tarixində dərc olunub.

Çinin koronavirus qeydə alınan ərazilərindən gələn 12 nəfərdə virusun olub-olmaması müəyyənləşib. 

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən baku.ws-ə bildirilib. Kliniki Tibbi Mərkəzdən nazirliyə verilən məlumata görə, yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilən hər bir şəxs virusun müəyyənləşdirilməsi üçün ölkəyə gətirilən testlər vasitəsi ilə yoxlanılıb.

Bu testlərin cavabları mənfi olub. Yəni həmin şəxslərdə xəstəlik aşkarlanmayıb.
Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilənlər barədə mətbuata gündəlik məlumat verilib.

Müəllif: