Ucnoqta.az
www.ucnoqta.az

Ən çox səs toplayan <font color=red><b>5 DEPUTAT</b></font>

21:16 - 10 Fevral 2020 tarixində dərc olunub.

Azərbaycan parlamentinə növbədənkənar seçkilərlə əlaqədar fevralın 9-da keçirilən səsvermədə ən çox səs toplayan 5 deputatın adı açıqlanıb.

Pravda.az-ın xəbərinə görə, 1 saylı Şərur-Sədərək seçki dairəsindən deputatlığa namizəd Vasif Talıbov 94.6, 2 saylı Şərur seçki dairəsindən deputatlığa namizəd İsa Həbibbəyli 86.3, 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən deputatlığa namizəd Səttar Möhbalıyev 83.2 faiz, 4 saylı Naxçıvan şəhər seçki dairəsindən deputatlığa namizəd Eldar İbrahimov 84.9, 5 saylı Şahbuz-Babək seçki dairəsindən deputatlığa namizəd Siyavuş Novruzov 81.1 faiz səs toplayıb.

Müəllif: