Ucnoqta.az
www.ucnoqta.az

Külək keçmiş Nəqliyyat Nazirliyinin binasının damını uçurub <font color=red><b>-Foto</b></font>

21:21 - 6 Fevral 2020 tarixində dərc olunub.

Ərazidə avtomobillərin hərəkəti məhdudlaşdırılıb 

Tbilisi prospektinin Yasamal rayonu ərazisinə düşən hissəsində yerləşən keçmiş Nəqliyyat Nazirliyinin binasının damının bir hissəsi güclü külək nəticəsində uçub. APA-nın xəbərinə görə, buna görə yolda hərəkət məhdudlaşdırılıb. Hazırda fəsad aradan qaldırılsa da, damın digər hissəsinin uçma təhlükəsi olduğu üçün ərazidə təhlükəsizlik tədbirləri məqsədilə gediş-gəliş məhdudlaşdırılıb.

Bununla əlaqədar Bakı-Sumqayıt şosesi və Biləcəri istiqamətində də tıxac yaranıb.
Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev APA-ya hazırda həmin istiqamətdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulduğunu təsdiqləyib. Hazırda yolda hərəkət bərpa edilib.

Qeyd edək ki, bina hazırda "Bakı Telefon Rabitəsi" MMC-nin nəzdindədir.

Müəllif: