Ucnoqta.az
www.ucnoqta.az

Eyni vaxtda iki royalda ifa edən qız hamını heyrətləndirdi - <font color=red><b>VİDEO</b></font>

09:08 - 6 Fevral 2020 tarixində dərc olunub.

Özbək əsilli Amerika pianoçusu Lola Astanova məharəti ilə sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.

Pianoçu eyni vaxtda iki royalda ifa etdiyi "Maple leaf rag" kompozisiyasını özünün “Instagram”dakı səhifəsində paylaşıb. O, bununla sosial şəbəkədəki istifadəçiləri heyrətləndirib. Alətlər arasındakı məsafəyə baxmayaraq, pianoçu əsas hissəni sağ əllə məharətlə ifa edib, sol əllə isə müşayiət edib. Bu videoçarx xeyli sayda insan tərəfindən izlənilib. Sosial şəbəkə istifadəçiləri pianoçunun bu bacarığına reaksiya veriblər. "Bax belə! Heyran edici! Hər dəfə təəccüblü nəsə göstərirsiniz", - deyə onlardan biri yazıb.

"Mən hələ beləsini görmədim!" – deyə başqa bir izləyici müzakirəyə qoşulub. /report

 
 
 
 
View this post on Instagram
 
 
 
 
 
 
 
 
 

They always said 2 is better than 1

Müəllif: