Ucnoqta.az
www.ucnoqta.az

Qırğızıstan XİN rəhbəri Azərbaycana gəlir

13:41 - 5 Fevral 2020 tarixində dərc olunub.

Qırğızıstan Xarici İşlər naziri Çingiz Aydarbekov Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə Qırğızıstan səfirliyindən bildiriblər.
Qeyd olunub ki, o fevralın 6-da Bakıda keçiriləcək Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) üzv ölkələrinin xarici işlər nazirlərinin növbədənkənar iclasında iştirak edəcək.

Nazir Azərbaycana nümayəndə heyətinin müşayiəti ilə gələcək.

Müəllif: