Ucnoqta.az
www.ucnoqta.az

Bakıda imtahana gedən Nərmin itkin düşdü

10:07 - 4 Fevral 2020 tarixində dərc olunub.

Bakıda sınaq imtahanına gedən şagird itkin düşüb.

Vətəndaş Namiq Rəhmanov polisə müraciət edərək bildirib ki, fevralın 2-i, saat 13:55-də qızı Nərmini Nəsimi rayonunda yerləşən “Asiya” tədris mərkəzinə sınaq imtahanına aparıb.

Lakin saat 15:50-də Nərmini imtahandan götürmək üçün getdikdə qızını tapa bilməyib. Məlumata görə, Nərmin naməlum istiqamətə gedərək itkin düşüb.

Araşdırma aparılır./qafqazinfo

Müəllif: