Ucnoqta.az
www.ucnoqta.az

Koronavirusdan ölənlərin sayı 521-ə çatıb

17:30 - 3 Fevral 2020 tarixində dərc olunub.

Çində koronavirusdan ölənlərin sayı artıb.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, bunu bu ölkənin İstanbuldakı baş konsulu Suy Vey deyib.

Onun sözlərinə görə, epidemiyadan ölənlərin sayı 521-ə çatıb, 17 335 nəfərdə isə koronavirus şübhəsi var.

Baş konsul 21 558 nəfərin xəstəxanalardan evə buraxıldığını vurğulayıb.

Xatırladaq ki, fevralın 3-ü saat 04:00-dək koronavirusdan ölənlərin sayı 361, yoluxanların sayı isə 17 205 nəfər idi.

 

Müəllif: