Ucnoqta.az
www.ucnoqta.az

Bakıda telefon mağazasından oğurluq edən şəxs saxlanılıb

15:38 - 3 Fevral 2020 tarixində dərc olunub.

Nəsimi rayonu ərazisindəki telefon mağazalarının birindən oğurluqda şübhəli bilinən R.Nəsirov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi RPİ 19-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki telefon mağazalarının birindən pul və 6 ədəd mobil telefon oğurlamaqda şübhəli bilinən R.Nəsirov saxlanılıb.

Müəllif: