Ucnoqta.az
www.ucnoqta.az

“Lotu Quli” saxlanılıb - <font color=red><b>FOTO</b></font>

15:33 - 3 Fevral 2020 tarixində dərc olunub.

Azərbaycanlı kriminal avtoritet “Lotu Quli” (Nadir Səlifov) İstanbulda saxlanılıb.

Bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb. Bildirilib ki, onunla birlikdə 17 nəfər şübhəli saxlanılıb.

Məlumatda qeyd olunur ki, yanvarın 31-də Türkiyə polisinin keçirdiyi əməliyyat nəticəsində saxlanılanlardan 9-u azərbaycanlı, 5-i gürcüstanlı, 2 ukraynalı və 1 rusiyalıdır. Həmin şəxslərin üzərindən 11 tapança, avtomat və 222 güllə aşkar edilərək götürülüb. /report

Müəllif: