Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
58 AA 058 dövlət qeydiyyat nişanlı “QAZ 21031” markalı avtomobil BMW-X5 markalı maşınla toqquşub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. AA qeydiyyat nişanlı maşının arxasında 124 saylı seçki dairəsi qeyd olunub. Bu dairə Şuşa-Ağdam-Xocalı-Xocavənd üzrədir. /qafqazinfo