Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə yenə zəlzələ olub

16:25 - 2 Fevral 2020 tarixində dərc olunub.

Türkiyənin Manisa rayonunun Qırxağac qəsəbəsində yenə zəlzələ olub.

APA-nın yerli bürosunun Türkiyənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsinə (AFAD) istinadən verdiyi məlumata görə, yerli vaxtla saat 14:36-da 4,4 maqnitudalı zəlzələ qeydə alınıb.
Zəlzələnin ocağı 7  kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, yanvarın 22-də Manisanın Akhisar qəsəbəsində 5,4 bal gücündə zəlzələ baş verdikdən sonra ərazidə mütəmadi 4 maqnitudan yuxarı təkanlar qeydə alınır.

Müəllif: