Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə zəlzələ olub

21:44 - 1 Fevral 2020 tarixində dərc olunub.

Türkiyənin Elazığ əyalətində 3,5 bal gücündə zəlzələ baş verib.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 19:37-də Sivricə rayonunda qeydə alınıb. Yeraltı təkanların ocağı 5 kilometr dərinlikdə yerləşib.

Xatırladaq ki, yanvarın 24-ü Türkiyənin Elazığ əyalətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Zəlzələ nəticəsində 39 nəfər həlak olub.

Müəllif: