Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>Səhiyyə Nazirliyi</b></font>: Çindən gələnlər üçün xüsusi tibb müəssisəsi ayrılıb

15:09 - 31 Yanvar 2020 tarixində dərc olunub.

Koronavirusla əlaqədar Çinin Uhan şəhərindən Azərbaycana gələnlərin sərhəd-keçid məntəqələrində yoxlanışından sonra onların tibbi müşahidədə saxlanılması üçün xüsusi tibb müəssisəsi ayrılıb.

Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvar ayının 30-da Uhan şəhərindən Azərbaycana gələn bir neçə tələbə həmin tibb müəssəsində həkim nəzarətindədir. Həkimlərin verdiyi məlumata əsasən, tələbələrin heç birində koronavirus xəstəliyinin əlamətləri yoxdur. Karantin müddəti bitdikdən sonra tələbələr evə buraxılacaqlar:

"Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisi, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirir ki, Çində yayılan koronavirus Azərbaycan ərazisində aşkarlanmayıb".

Müəllif: