Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb

14:22 - 29 Yanvar 2020 tarixində dərc olunub.

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan arasında Cenevrədə görüş başlayıb.

Bu barədə XİN mətbuat katibi Leyla Abdullayeva "Twitter" hesabında qeyd edib.
Görüşdə ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov, Stefan Viskonti, Endryu Şofer və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edir./Apa

Müəllif: