Ucnoqta.az
www.ucnoqta.az

Goranboyda yanğın olub, xəsarət alan var

09:15 - 28 Yanvar 2020 tarixində dərc olunub.

Goranboyda yanğın olub.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb.

Kənddə ümumi sahəsi 110 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının qamışdan ibarət tavanı 10 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Müəllif: