Ucnoqta.az
www.ucnoqta.az

Cəlilabadda narkotacir ələ keçdi -<font color=red><b>Foto</b></font>

11:55 - 24 Yanvar 2020 tarixində dərc olunub.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayonun Göytəpə şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Qəfərov saxlanılıb.

Bildirilir ki, üzərinə keçirilən baxış zamanı ondan 2 bükümdə ümumi çəkisi 97,6 qram olan narkotik vasitə tiryək, 2 bükümdə çəkisi 7,2 qram heroin, 43 qram qurudulmuş marixuana, 49 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Müəllif: