Ucnoqta.az
www.ucnoqta.az

Xırdalanda su kəsiləcək

10:10 - 24 Yanvar 2020 tarixində dərc olunub.

Bu gün Abşeron rayonunun Xırdalan şəhərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə “Azərsu” ASC-dən bildirilib.

Məlumata görə, buna səbəb şəhərdə yeni yaradılmış içməli su təchizatı infrastrukturunun şəbəkəyə qoşulmasıdır.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib./report

 

Müəllif: