Ucnoqta.az
www.ucnoqta.az

Dəhşətli virus Rusiyada -<font color=red><b>2 nəfər xəstəxanaya yerləşdirildi- FOTO</b></font>

13:35 - 23 Yanvar 2020 tarixində dərc olunub.

Rusiyada ölümcül 2019-nCoV koronovirusuna yoluxma ehtimalı ilə iki nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə “Mash” telegram-kanalı xəbər yayıb. Bildirilir ki, virusa yoluxduğu ehtimal olunan rusiyalı Şanxaydan Krasnoyarsk və Moskvadan keçid etməklə Sankt-Peterburqun Pulkovo aeroportuna gəlib.

Onun səhhəti barədə dəqiq məlumat verilmir. Ancaq telegram-kanalın məlumatına görə, uçuş zamanı onun temperaturu birdən-birə 38 dərəcəyə yüksəlib. Müdafiə kostyumunda olan həkimlər onu xüsusi hermetik “günbəzli” yataqda aparıblar.

“Baza” telegram-kanalı bununla bağlı görüntüləri paylaşıb. Kişinin olduğu aeroport isə xüsusi xlor tərkibli məhlulla təmizlənib. Klinikaya yerləşdirilən digər sərnişin isə Çin vətəndaşıdır.

Hər iki şəxsdə eyni simptomlar müşahidə edilib./oxu.az

Müəllif: