Ucnoqta.az
www.ucnoqta.az

43 yaşlı çoxuşaqlı ana “Kainat gözəli” seçildi

08:51 - 22 Yanvar 2020 tarixində dərc olunub.
“Missis Kainat gözəli – 2020” gözəllik müsabiqəsinin qalibi Rusiya təmsilçisi - 43 yaşlı çoxuşaqlı ana və uğurlu həkim Kseniya Verbitskaya olub. Müsabiqə yanvarın 21-də Bolqarıstanın paytaxtı Sofiyada keçirilib. Tac uğrunda dünyanın 36 ölkəsindən 40 yaşdan yuxarı ailəli qadınlar mübarizə aparıb. Sankt-Peterburq şəhərindən olan Verbitskayanın dörd övladı var (16 yaşlı oğlan və 12, 8 və 3 yaşlarında qızlar). O, ginekoloq-endokrinloq işləyir, Argentina tanqosu ilə məşğul olur, ədəbiyyatla maraqlanır. Qeyd edək ki, ötən il Verbitskaya "Missis Sankt-Peterburq Klassik" tituluna sahib olmuşdu.  /qafqazinfo
Müəllif: