Ucnoqta.az
www.ucnoqta.az

<font color=red><b>MSK</b></font>: 1622 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb

16:26 - 17 Yanvar 2020 tarixində dərc olunub.

Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib. MSK sədri deyib ki, müraciət edən şəxslərin 2358 nəfərinin namizədliyinin irəli sürülməsi təsdiqlənib: “Onlardan 2247 nəfəri imza vərəqələrini götürüb, 1774 nəfəri imza vərəqələrini qaytarıb, 1622 nəfərin isə deputatlığa namizədliyi  qeydə alınıb"./Apa

Müəllif: