Ucnoqta.az
www.ucnoqta.az

DSK-larda deputatlığa namizədlərin qeydə alınması prosesi başa çatır

17:11 - 16 Yanvar 2020 tarixində dərc olunub.

Bu gün Azərbaycanda fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərlə əlaqədar dairə seçki komissiyaları (DSK) tərəfindən deputatlığa namizədliyin qeydə alınması prosesi başa çatır.

Bunu “Report”a açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib.

O bildirib ki, bu gün 18:00-da Milli Məclisə seçkilərlə əlaqədar dairə seçki komissiyaları tərəfindən deputatlığa namizədliyin qeydə alınması prosesi başa çatacaq.

 

Müəllif: