Ucnoqta.az
www.ucnoqta.az

Dünya Bankı Gürcüstanda iqtisadi artım proqnozunu azaldıb

17:16 - 13 Yanvar 2020 tarixində dərc olunub.

Dünya Bankı (DB) 2020-ci ildə Gürcüstanda iqtisadi artımın 4,3% səviyyəsində olacağını proqnozlaşdırıb.


“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu göstərici əvvəlki proqnozla müqayisədə 0,5% azdır.

Azalmaya səbəb Rusiyanın ötən ilin iyulun 8-dən Gürcüstanla birbaşa aviauçuşları qadağan etməsi və bu səbəbdən turizm sektorunun üzləşdiyi problemlər olub.

DB qonşu ölkənin 2021-ci il üçün iqtisadi artım proqnozunu da 5%-dən 4,5%-dək azaldıb. 

Müəllif: