Ucnoqta.az
www.ucnoqta.az

Bakıda sürüşmədən sonra bu yol tamamilə bağlandı

13:40 - 9 Yanvar 2020 tarixində dərc olunub.

Badamdar qəsəbəsində baş verən sürüşmə ilə əlaqədar yol tamamilə bağlanıb. 

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin rəhbərliyi ilə mərkəz əməkdaşları bu gün paytaxtın Səbail rayonu ərazisində Badamdar yolunda baş verən sürüşmə ərazisinə baxış keçiriblər.

Baxış zamanı sürüşmə nəticəsində ərazidə 4-5 metr hündürlüyündə torpaq kütləsinin Badamdara gedən yolu tamamilə kəsməsi müşahidə olunub.

Qeyd edək ki, həmin ərazidə 2018-ci ilin oktyabr ayında sürüşmə baş verən zaman Respublika Seysmoloji Xidmət Mərkəzinin mütəxəssisləri ərazidə monitorinqlər aparıb. Həmin monitorinqin nəticəsi olaraq, ərazidə ciddi işlərin görülməsinin vacibliyi vurğulanıb./oxu.az

Müəllif: