Ucnoqta.az
www.ucnoqta.az

Xətaidə 20 000 manat dəyərində qızıl-zinət oğurlanıb

15:50 - 8 Yanvar 2020 tarixində dərc olunub.

 Xətai rayonu ərazisindəki evlərin birindən pul və qızıl-zinyət əşyaları oğurlamaqda şübhəli bilinən Z.Süleymanov saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Kriminalistik Tədqiqatlar İdarəsi və Xətai RPİ 36-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 25-də rayon ərazisindəki evlərin birindən 2320 manat oğurlamaqda şübhəli bilinən Z.Süleymanov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun daha bir evdən 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.

Müəllif: