Ucnoqta.az
www.ucnoqta.az

Məzahir Pənahov: Çalışırıq ki, bütün məsələləri namizədin xeyrinə həll edək

16:32 - 7 Yanvar 2020 tarixində dərc olunub.

Biz çalışırıq ki, bütün məsələləri namizədin xeyrinə həll edək.


Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.

M.Pənahov bildirib ki, bəzi məsələlər var ki, buna məhz namizəd məsuliyyət daşıyır: “Deputatlığa namizədliyini irəli sürmüş Azərbaycan vətəndaşları öz əmlakı barədə məlumat verməlidir, əmlakını gizlətməməlidir”.

M.Pənahov deyib ki, əmlak və gəlirlərin açıqlanması Seçki Məcəlləsinin tələbidir: “Dairə seçki komissiyalarının namizədliyini irəli sürmüş şəxsə bu barədə məlumat vermək öhdəliyi yoxdur. Namzədliyini irəli sürmüş şəxslər bu barədə özləri məlumat verməlidirlər”./trend

Müəllif: