Ucnoqta.az
www.ucnoqta.az

ATƏT DTİHB-nin Seçki Müşahidə Missiyasının rəhbəri Azərbaycanda səfərdədir

11:39 - 7 Yanvar 2020 tarixində dərc olunub.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) müşahidəçiləri Azərbaycanda səfərdədir.

Müşahidəçilərdən ibarət nümayəndə heyətinə DTİHB-nin Seçki Müşahidə Missiyasının rəhbəri, səfir Piter Tecler rəhbərlik edir.
Səfərin məqsədi DTİHB müşahidəçilərindən ibarət missiyanın fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərindəki rolu və planlaşdırılan fəaliyyəti ilə bağlı məlumat verməkdir./Apa

Müəllif: