Ucnoqta.az
www.ucnoqta.az

Pirotexniki vasitə satan üç nəfər saxlanıldı

16:25 - 1 Yanvar 2020 tarixində dərc olunub.

Ötən gün Bakının Nəsimi və Xətai rayonlarında pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb.

Dekabr ayının 31-i paytaxtın Nəsimi rayonu ərazisində pirotexniki vasitələrin satışı ilə məşğul olan Bakı şəhər sakini 1989-cu il təvəllüdlü V.Süleymanov, Kürdəmir rayon sakini 1969-cu il təvəllüdlü İ.Əliyev, Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Y.Amanov  saxlanılıb.

Bundan başqa Xətai rayonu ərazisində pirotexniki vasitələrin satışı ilə məşğul olan Bakı şəhər sakini 1979 -cu il təvəllüdlü X.Əliyev də saxlanılıb.
Saxlanılanlar barəsində İXM-nin 442-ci maddəsi ilə protokol tərtib olunub.

Faktla bağlı araşdırma aparılır./oxu.az

Müəllif: