Ucnoqta.az
www.ucnoqta.az

Bir bələdiyyə üzrə seçkilərin nəticələri ləğv edilib

16:54 - 31 Dekabr 2019 tarixində dərc olunub.

Azərbaycanda bir bələdiyyə üzrə seçkilərin nəticələri ləğv edilib.

Bu barədə qərar Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qəbul edilib. Bildirilib ki, MSK-ya daxil olan müraciətdə qeyd olunub ki, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar seçki dairəsi, Ağdaş bələdiyyəsinin 8 və 10 saylı seçki məntəqələrində bəzi qanun pozuntuları baş verib. MSK nəzdində Ekspert qrupu tərəfindən şikayəti araşdırıb və müraciətdə qeyd olunanlar öz təsdiqini tapıb.

MSK-nın iclasında müzakirələrdən sonra qərara alınıb ki, Ağdaş bələdiyyəsinin 8 və 10 saylı seçki məntəqəsində səsvermənin nəticəsi ləğv edilsin./trend

Müəllif: