Ucnoqta.az
www.ucnoqta.az

Türkiyədə fahişəlik edən azərbaycanlı deport olundu

14:43 - 31 Dekabr 2019 tarixində dərc olunub.

Türkiyənin Sakarya bölgəsində fahişəliklə məşğul olan azərbaycanlı deportasiya olunub. 

24 yaşlı Maqsud H. Serdivan ilçəsində aparılan əməliyyat zamanı saxlanılıb.  Hüquq-mühafizə orqanları tərəfindən araşdırılan həmyerlimiz Türkiyədən xaric edilib.
Əməliyyat zamanı onunla birgə 44 yaşlı N. A, 43 yaşlı G. B, 29 yaşlı H. Y, 36 yaşlı G. A  və onlarla pul qarşılığında münasibətdə olan 5 kişi polis bölməsinə aparılıb. /qafqazinfo

Müəllif: