Ucnoqta.az
www.ucnoqta.az

Bibiheybət yolu sabah açılır -<font color=red><b> Foto</b></font>

14:21 - 30 Dekabr 2019 tarixində dərc olunub.

Sabahdan etibarən Bibiheybət yolunda hərəkətin bərpası nəzərdə tutulur.

Ən azı 2 hərəkət zolağı enində yolda hərəkətin bərpası üçün hazırda ərazidə işlər aparılır, yol asfaltlanır. Asfalt-beton örtüyünün döşənməsinin bu gecə yekunlaşdırılması, 31-i səhər saatlarında yolda xətlənmə işlərinin aparılması və yol kənarına dəmir-beton təhlükəsizlik sədlərinin quraşdırılması nəzərdə tutulur.

31 dekabr günün ikinci yarısından isə yolda hərəkətin bərpası planlaşdırılır.
Qeyd edim ki, ərazidə gələcəkdə bu kimi hadisələrin baş verməməsi üçün tikinti-bərpa işləri davam etdirilir, svay əsaslı istinad divarları inşa edilir, yeni drenaj və yağış-kanalizasiya sistemi qurulur. İşlərin tam olaraq 2020-ci ilin I rübündə yekunlaşdırılması nəzərdə tutulub.

Müəllif: