Ucnoqta.az
www.ucnoqta.az

Alp dağlarında qar uçqunu olub, ölənlər var

19:34 - 29 Dekabr 2019 tarixində dərc olunub.

Ötən gün İtaliya-Avstriya sərhədində qar uçqunu baş verib. 

“Report” DW-yə istinadən xəbər verir ki, hadisə İtaliyanın Alto Adice (Cənubi Tirol) regionunun Bolzano əyalətində qeydə alınıb.  Belə ki, 1 kilometr uzunluqda və 200 metr enində olan qar kütləsi xizək gəzintisinə çıxmış Almaniya vətəndaşı olan 35 yaşlı qadın ilə 7 yaşlı qızı və onlarla olan daha bir 7 yaşlı qız uşağının üzərinə uçub.

Nəticədə qadın və uşaqlardan biri hadisə yerində ölüb, qadının qızı isə çatdırıldığı xəstəxanada dünyasını dəyişib.

Müəllif: