Ucnoqta.az
www.ucnoqta.az

Milli Hematologiya və Transfuziologiya Mərkəzinə icraçı direktor təyin edilib

10:20 - 29 Dekabr 2019 tarixində dərc olunub.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinə icraçı direktor təyin edilib.

Bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırmaqla əmr imzalayıb.  Əmrə əsasən, Valeh Hüseynov Milli Hematologiya və Transfuziologiya Mərkəzininİcraçı direktoru təyin edilib.

Qeyd edək ki, o, bu vəzifəyə təyin olunanadək Talassemiya Mərkəzi publik hüquqi şəxsin direktoru vəzifəsində çalışıb. V.Hüseynov çoxsaylı elmi məqalələrin müəllifidir./qafqazinfo

Müəllif: