Ucnoqta.az
www.ucnoqta.az

POS-terminallarla nağdsız ödənişlərin həcmi artıb

16:38 - 27 Dekabr 2019 tarixində dərc olunub.

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda POS-terminallarla nağdsız ödənişlərin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 18 faiz artıb.

Bunu Vergilər nazirinin müavini Sahib Ələkbərov mətbuat konfransında deyib. O bildirib ki, hazırda ölkədə 67 min POS-terminal mövcuddur:

"Nağdsız ödənişlərlə bağlı artıq 10 ildən artıqdır ki, maarifləndirmə tədbirləri görürük. Ölkəyə gələn turistlərin sayı artır ki, bu da sözügedən sahənin önəmini artırır"./trend

Müəllif: