Ucnoqta.az
www.ucnoqta.az

“Alibaba” Asiyanın ən bahalı şirkətidir

15:49 - 26 Dekabr 2019 tarixində dərc olunub.

Çinin “Alibaba” internet xidmətləri şirkəti kapitalının həcminə görə Asiyada birinci, dünyada isə yeddincidir.

“Report” “Nikkei Asian Review”-ə istinadən xəbər verir ki, dekabrın 20-nə olan məlumata görə şirkətin dəyəri ötən ilin müvafiq dövrünə nisbətən 60 faiz artaraq 570 milyard dollar təşkil edib.
Kapitalının həcminə görə dünyada birinci olan “Saudi Aramco” dekabrın 11-də səhmlərin satışının nəticələrinə əsasən 1,89 trilyon dollar məbləğində qiymətləndirilir. Sonrakı yerləri “Apple” (1,24 trilyon), “Microsoft” (1,2 trilyon), “Gooqle”nin sahibi “Alphabet” (931 milyard), “Amazon” (886 milyard), “Facebook” (588 milyard) tutur.

Müəllif: