Ucnoqta.az
www.ucnoqta.az

<b><font color=red>17 yaşlı qız təyyarəni qaçırıb hasara çırpdı: </font>o həbs olunub<font color=red> - FOTO</font></b>

16:27 - 19 Dekabr 2019 tarixində dərc olunub.

ABŞ-ın Kaliforniya ştatında yetkinlik yaşına çatmayan qız təyyarə qaçırmağa cəhd göstərib. Ucnoqta.az xəbər verir ki, insident Frenso şəhərində qeydə alınıb. Bu barədə dekabrın 19-da “Fox News” portalı məlumat yayıb.

Məlumata görə, 17 yaşlı qıza Frenso Yosemiti adına Beynəlxalq Hava Limanının tikanlı  məftillərini keçərək elə də böyük olmayan şəxsi “King Air 200” təyyarəsinin mühərrikini işə salıb.

Bildirilir ki, hava gəmisi bir neçə metrə irəlilədikdən sonra hasara çırpılıb.

Təhqiqatlar zamanı məlum olub ki, təyyarə nasazlıq səbəbindən təmirdə olub.

Hazırda qızı 8 il azadlıqdan məhrumetmə cəzası gözləyir, o, həbs olunub.

 

Namiq Musayev

 

Müəllif: