Ucnoqta.az
www.ucnoqta.az

Bakıda oğru qadınların məhkəməsi başlayır

20:37 - 18 Dekabr 2019 tarixində dərc olunub.

Bakıda oğurluqda ittiham edilən Rəqsanə Zeynalova və Günel Rəhimzadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib. Hakim Tural Ələkbərovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hər iki qadın öz həmcinslərinə - Alsharah Əsli Akif qızına qarşı oğurluq cinayəti törətməkdə təqsirləndirilir.
Onlara qarşı Cinayət Məcəlləsinin 177.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq) maddəsi ilə ittiham verilib./report

Müəllif: