Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda yeni doğulanlar arasında oğlan uşaqları çoxluq təşkil edir

10:31 - 18 Dekabr 2019 tarixində dərc olunub.

Cari ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 117 752 doğulan körpə qeydə alınıb.

Məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,2) qalıb.

Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 2774-ü əkiz, 78-i üçəm, 4-ü isə dördəm doğulanlardır./trend

Müəllif: