Ucnoqta.az
www.ucnoqta.az

Səbail rayonunda içməli suyun verilməsində məhdudiyyət yaranıb

09:41 - 18 Dekabr 2019 tarixində dərc olunub.

Bakı şəhəri Səbail rayonu Fikrət Əmirov küçəsindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 18 dekabr 2019-cu il tarixində gün ərzində Fikrət Əmirov, Üzeyir Hacıbəyov və Xəqani küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Bu barədə Trend “Azərsu” ASC-yə istinadən məlumat verir.

Müəllif: