Ucnoqta.az
www.ucnoqta.az

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

09:12 - 12 Dekabr 2019 tarixində dərc olunub.

Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində 2 otaqlı mənzildə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 95 m² olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 10 m² sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən 70 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb./trend

Müəllif: