Ucnoqta.az
www.ucnoqta.az

Mehriban Əliyeva: <font color=red><b>Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm</b></font>

07:06 - 12 Dekabr 2019 tarixində dərc olunub.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində Ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə bağlı paylaşım edib.

Paylaşımda deyilir: "Bu gün – 12 dekabr – Azərbaycanın və Azərbaycan xalqının həyatında və taleyində silinməz iz qoymuş dahi şəxsiyyət Heydər Əliyevin anım günüdür. Ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm. Ölkəmizə sülh və tərəqqi arzulayıram".
/trend

Müəllif: