Ucnoqta.az
www.ucnoqta.az

YAP rəhbərliyi Fəxri xiyabanı ziyarət edib- <font color=red><b>Foto</b></font>

11:06 - 11 Dekabr 2019 tarixində dərc olunub.

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar Fəxri xiyabanda onun məzarını ziyarət edib.

Ziyarətdə YAP Siyasi Şurasının üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak ediblər. YAP rəhbərliyi ümummilli lider Heydər Əliyevin məzarı önünə gül dəstələri düzüblər. Daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, üzərinə gül dəstələri qoyulub./Apa

Müəllif: