Ucnoqta.az
www.ucnoqta.az

Qusarda 15 yaşlı qız dəm qazından boğulub öldü

09:58 - 9 Dekabr 2019 tarixində dərc olunub.

 

Qusar rayonunda azyaşlı dəm qazından boğulub.

Məlumata görə, hadisə Qusar şəhəri, Sahil küçəsi, ev 30-da baş verib.

Həmin ünvanda yaşayan, 2004-cü il təvəllüdlü Niftəliyeva Dursun Vahid qızı yaşadığı evin hamamında duş qəbul edərkən dəm qazından boğulub.
Onun meyiti anası Əmayə Niftəliyeva tərəfindən aşkar edilib.

Faktla bağlı cinayət işi başlanıb./trend

 

Müəllif: