Ucnoqta.az
www.ucnoqta.az

Məşhur müğənni çəhrayı pijama ilə küçəyə çıxdı - <font color=red><b>Foto</b></font>

13:05 - 8 Dekabr 2019 tarixində dərc olunub.

Castin Biber – Hayli Baldvin Biber cütlüyü ötən gün Beverli Hillsdə kameraların hədəfinə çevriliblər.

25 yaşlı Biberin üzərində aya fiqurlu naxışlar olan çəhrayı pijaması diqqət cəlb edib. Elə yoldaca pijamasının üstündən çiyələk təsvirli sviter geyinən repçi yağışdan qorunmaq üçün başına çəhrayı papaq da qoyub.
Haylinin krem rəngli enli geyimi də diqqət çəkib.

Məşhurlar maraq dolu baxışları və fotoqrafların cəhdlərini ciddi qəbul etməyərək, yollarına davam ediblər./oxu.az

Müəllif: