Ucnoqta.az
www.ucnoqta.az

Bakıdakı “pulpaylayan aparatlar” yığışdırıldı

13:36 - 25 Noyabr 2019 tarixində dərc olunub.

Bakıda “Azpul" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) məxsus “Azpulmat” özünəxidmət terminalları yığışdırılıb.

Noyabrın 24-də müvafiq dövlət qurumları tərəfindən əməliyyat keçirilib, terminallara blok qoyulub. Hazırda MMC-nin fəaliyyəti ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd: Şəhərin bir neçə ərazisində quraşdırılan el arasında “borc aparatı” kimi təqdim edilən aparatlardan insanlar şəxsiyyət vəsiqəsini, barmaq izini aparata daxil etməklə, 20 manat məbləğində borc pul alırdılar. Həmin borc 5 gün ərzində 21 manat şəklində, yəni faizlə qaytarılırdı. Təkrar müraciət zamanı isə 40 manat AZN götürmək mümkün idi./pravda.az

Müəllif: