Türkiyənin İstanbul şəhərində 1 nəfərin ölümü, 2 nəfərində yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Ucnoqta.az xəbər verir ki, insident ötən gün saat 13.00 radələrində Ümraniyə rayonunda qeydə alınıb. Məlumata görə, Ankara istiqamətində hərəkətdə olan “Hundai” markalı avtomobil, idarəetmədən çıxaraq dəmir arakəsmələr çırpılıb. Zərbənin təsirindən maşın iki hissəyə bölünüb. Xəsarət alan 2 nəfər ambulanslarla xəstəxanaya çatdırılıb.
Polis faktla bağlı araşdırmalara başlayıb.
Namiq Musayev




