Ucnoqta.az
www.ucnoqta.az

Azərbaycanda boşananların sayı artıb - <font color=red><b>RƏSMİ</b></font>

15:46 - 20 Noyabr 2019 tarixində dərc olunub.

Cari ilin doqquz ayı ərzində Azərbaycanda 46 min 898 nikah və 12 min 713 boşanma halları qeydə alınıb.

Boşanananların sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə çoxdur. Belə ki, ötən il əhalinin hər 1000 nəfərinə düşən nikah sayı eyni olsa da, boşanmaların sayı 1,5-dən (14 857) 1,7-yə qədər artıb.

Boşanan cütlüklər arasında nikah müddəti beş ilə qədər davam edənlər (5296) üstünlük təşkil edir.
Boşananlar arasında kişilərin yaş ortalaması 30-34, qadınların isə 25-29 olaraq qeydə alınıb. /oxu.az

Müəllif: