Ucnoqta.az
www.ucnoqta.az

Hacıqabulda evakuator "KamAZ"la toqquşub

10:01 - 19 Noyabr 2019 tarixində dərc olunub.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Hacıqabul rayonu ərazisində “Mercedes” markalı evakuator ilə "KamAZ" markalı yük avtomobili toqquşub. FHN-dən verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı evakuatorun sürücüsünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Müəllif: