Ucnoqta.az
www.ucnoqta.az

Salyanda yolu keçən qadını maşın vuraraq öldürüb

19:12 - 14 Noyabr 2019 tarixində dərc olunub.

Salyanda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayon mərkəzində qeydə alınıb. Rayon sakini Babayeva Həqiqət Şahbaz qızını yolu keçərkən Salyan-Şirvan marşrutu üzrə işləyən mikroavtobus vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.|Apa

Müəllif: