Ucnoqta.az
www.ucnoqta.az

Bulvarda pulsuz bayraqlar hədiyyə olunacaq

18:21 - 8 Noyabr 2019 tarixində dərc olunub.

Dənizkənarı Bulvarda Dövlət Bayrağı Günü münasibəti ilə bayram tədbiri keçiriləcək.

Dənizkənarı Bulvar İdarəsindən verilən məlumata görə, sabah saat 12-dən Dövlət Bayrağı Günü münasibətilə bulvar ərazisində pulsuz face-art təşkil ediləcək. 10 nöqtədə keçiriləcək aksiyada arzu edən hər kəsin üzünə boya ilə bayraq şəkilləri çəkiləcək. Face-artdan istifadə edən bütün qonaqlara pulsuz bayraqlar hədiyyə olunacaq.

Face-art Dənizkənarı Milli Parkın aşağıda qeyd olunan nöqtələrində təşkil olunacaq:

Ağ Şəhər (Uşaq meydançası), Dəniz vağzalı “Qorxulu ev” attraksionunun qarşısı, "Park Bulvar"ın yanı (2 nöqtədə), "Sahil" metro stansiyasının çıxışı istiqaməti, Kukla Teatrının ətrafı (2 nöqtədə), Azneft Meydanı, Venesiya Şəhərciyi, Panoram Attraksion./trend

 

Müəllif: